Bu il 62 şəxs əvvəlki işinə bərpa oldu
    • 11-08-2022, 10:10
    • 220

Bu il 62 şəxs əvvəlki işinə bərpa oldu

Bu il 62 şəxs əvvəlki işinə bərpa olub.

Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2022-ci ilin 7 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən 62 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həminişçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.