Laçın dəhlizinə alternativ yol hazırdır -VIDEO
    • 11-08-2022, 12:10
    • 479

Laçın dəhlizinə alternativ yol hazırdır -VIDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikinti işləri artıq yekunlaşıb.

News24.az agentliyə istinadən xəbər verir ki, yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib.

Həmçinin müxtəlif süni qurğular, yeni yol yatağı və yol əsası inşa edilib.

Layihə üzrə uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa olunub.