Azərbaycanda 41 nəfər valideynlik hüququndan məhrum edilib
    • 27-12-2018, 14:03
    • 817

Azərbaycanda 41 nəfər valideynlik hüququndan məhrum edilib

2018-ci ilin birinci yarısında birinci instansiya məhkəmələrində 13380 işə baxılıb, onlardan 12641-təmin edilib.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi üzrə 6727 işə baxılıb, onlardan 6614-ü təmin edilib.

Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması üzrə 409 işə baxılıb, 396 iddia təmin olunub. Cari ilin birinci yarısında övladlığa götürmə və onun ləğvi üzrə baxılan 244 işdən 225-i təmin olunub. Həmçinin 41 şəxs valideynlik hüquqlarından məhrum edilib, 15 şəxsin isə valideynlik hüquqlarının məhdudlaşdırılması barədə qərar qəbul edilib.

//FemidaAz