Bayram günlərinə olan ilkin hava proqnozu açıqlanıb
    • 27-12-2018, 14:32
    • 485

Bayram günlərinə olan ilkin hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözlənilən hava şəraiti ilə əlaqədar ilkin proqnozu açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, dekabrın 31-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq.
Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.
Departamentdən verilən məlumata görə, hər gün dəqiqləşdirilmiş məlumat ictimaiyyətə təqdim ediləcək.