MN: Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirildi - FOTO
    • 13-08-2022, 15:49
    • 361

MN: Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirildi - FOTO

Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən News24.az-a verilən xəbərə görə, bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.