"iTicket" çökdü: "Qarabağ" azarkeşləri bilet kassalarının  şüşələrinı qırdı - VİDEO
    • 14-08-2022, 14:36
    • 383

"iTicket" çökdü: "Qarabağ" azarkeşləri bilet kassalarının şüşələrinı qırdı - VİDEO

"iTicket" onlayn bilet satış platformasının çökməsi problemlərə yol açıb. 

News24.az-ın məlumatına görə,  bu səbəbdən. azarkeşlər "Qarabağ" - "Viktoriya" matçına bilet ala bilməyiblər.
Bilet almaq üçün Tofiq Bəhramov adına Respublika Stadionunda və "Gənclik Mall" alış-veriş mərkəzində sıxlıq yaranıb. 
"iTicket" satış köşklərindən birinində çalışan xanımın verdiyi məlumata görə, azarkeşlər respublika stadionun kassalarının süşələrini sındırıblar. Ticarət mərkəzində yerləşən "iTicket" satış mərkəzini isə dağıdıblar.
Bildirilir ki, bilet almağa cəhd edənlərin kart hesabın vəsait çıxılsa da, elektron bilet onların mail ünvanlarına göndərilmir.