Moskvada 2 azərbaycanlı gənc vəfat etdi - FOTO
    • 15-08-2022, 12:25
    • 330

Moskvada 2 azərbaycanlı gənc vəfat etdi - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində iki azərbaycanlı gənc vəfat edib.

News24.az-ın məlumatına görə, əslən Sədərəkdən olan Nəcəfov Nazim İsa oğlu bir neçə gün əvvəl Moskvada vəfat edib. O, dünən Bakı şəhər Türkan qəsəbəsində yerləşən Sədərək qəbristanlığında dəfn olunub.

Bundan başqa əslən Tərtərdən olan Taleh İsmayılov da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib. Onun gecə yatıb, səhər oyanmadığı deyilir.

Vəfat edən hər iki gəncin Rusiya paytaxtında biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.