Estoniya Rusiya ilə sərhədini bağladı
    • 16-08-2022, 16:18
    • 372

Estoniya Rusiya ilə sərhədini bağladı

Estoniya Rusiya ilə quru sərhədini bağlayıb.

News24.az xəbər verir ki, şahidlərin sözlərinə görə, Estoniya sərhədçiləri artıq bir neçə saatdır Rusiyadan gələnləri buraxmır. Onlar arasında Estoniya sakinləri də var.

Sərhədin nə vaxt açılacağı məlum deyil.

“Delfi” hesab edir ki, belə bir qərar Narvada T-34 tank heykəli və digər sovet memoriallarının demontaj olunması ilə əlaqədar ola bilər. /Qafqazinfo/