Ərdoğan Zelenski və Quterreşlə nəyi müzakirə edəcək?
    • 18-08-2022, 11:50
    • 387

Ərdoğan Zelenski və Quterreşlə nəyi müzakirə edəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya rəsmi səfərə gedib.

News24.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, burada ukraynalı həmkarı Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşməyi planlaşdırır.

Türkiyə tərəfindən verilən rəsmi açıqlamaya  görə, Vladimir Zelenski ilə görüşdə tərəflər “Türkiyə-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində bütün aspektlərini” müzakirə edəcəklər.

Həmçinin Kiyevdə Ukrayna Prezidenti V.Zelenski və BMT-nin Baş katibi A.Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Görüşdə Ukraynada müharibənin dayandırılması və Ukrayna taxılının dünya bazarlarına çıxarılması məsələsi müzakirə olunacaq.