-
- 18-08-2022, 12:13
- 719
Rusiya-Ukrayna müharibəsini TÜRKİYƏ DAYANDIRACAQ? - BUGÜNKÜ GÖRÜŞ...
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya bir günlük səfər edəcək. Rəcəb Tayyib Ərdoğan, Ukrayna lideri Zelenski və BMT-nin baş katibi Quterreşin Lvovda görüşü baş tutacaq.
Bəs, Türkiyə prezidentinin Ukraynaya səfərindən nələr gözlənilir?
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov görüşün mahiyyətini News24.az-a şərh edib.
O bildirib ki, bu səfər Ukraynadakı müharibənin dayandırılması və böhrandan çıxış üçün vacib rol oynayan addımlardan biri ola bilər: “Ərdoğanın səyləri nəticəsində hətta müharibə dayandırıla bilərdi, lakin bəzi qüvvələr buna qarşı çıxdılar. Bununla belə Türkiyə lideri taxıl böhranının qarşısını almağa müyəssər oldu. Ərdoğan Ukrayna taxılının Türkiyə vasitəsilə dünyaya ixrac edilməsini bacardı.
Bizim üçün Türkiyənin mövqeyinin güclənməsi olduqca vacibdir. Qafqazdakı 44 günlük müharibə, Suriyadakı hadisələr və Liviyadakı vəziyyətdən sonra Ukraynada da Türkiyənin vacib dövlət olduğunun şahidi olduq. Bu görüş çox vacibdir. Çünki Türkiyə digər dövlətlərdən fərqli olaraq neytrallığı qorumağa çalışır və hər iki dövlət arasında açıq dialoq aparır. Ukrayna-Rusiya müharibəsində Türkiyə ciddi açar rolunu oynaya bilər, nəinki BMT”.