Xarkova dəhşətli raket hucumu - Xeyli olən var
    • 18-08-2022, 13:08
    • 450

Xarkova dəhşətli raket hucumu - Xeyli olən var

Rusiya Müdafiə Nazirliyi avqustun 17-18-də Xarkovda iki yataqxanaya zərbə endirdiyini təsdiqləyib.

News24.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə ənənəvi səhər brifinqində Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.

O qeyd edib ki, yataqxanalarda əcnəbi muzdlular olub.

"Yerüstü yüksək dəqiqlikli silahla Xarkovda xarici muzdluların müvəqqəti yerləşdirildiyi məntəqə vurulub. 90-dan çox yaraqlı öldürülüb", - deyə İqor Konaşenkov bildirib.

Ukrayna mediası isə yazır ki, avqustun 17-18-də Rusiya Xarkovdakı iki yataqxanaya raket zərbələri endirib. Çərşənbə günü axşam Rusiya hərbçilərinin hücumu nəticəsində yerli yataqxananın dağıntıları altında 7 nəfərin öldüyü bildirilir.

Cümə axşamı səhər daha bir yataqxana vurulub, burada ilkin məlumata görə, bir nəfər ölüb, daha 18 nəfər yaralanıb.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, hazırda iki nəfərin öldüyü məlumdur.
Ümumilikdə, avqustun 18-də səhər saatlarında Rusiya Belqoroddan Xarkova 8 raket atıb. Binalara, infrastruktur obyektlərinə ziyan dəyib, yanğınlar başlayıb.

Nilay