-
- 18-08-2022, 14:04
- 321
Rusiyalı zabit müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi
Rostovda rusiyalı zabit ona müharibəyə qarşı olduğunu deyən taksi sürücüsünü güllələyib.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, onların arasında Ukraynadakı müharibə ilə bağlı mübahisə yaranıb. Hadisə də bu mübahisə zamanı baş verib. Bu barədə “Siren” nəşri məlumat yayıb.
"Sitena" nəşri hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən bildirib ki, 51 yaşlı taksi sürücüsünü öldürən şəxs Moskva vilayətindən olan 33 yaşlı kapitandır. Taksi sürücüsünün güllə yaraları olan meyiti Bereqovaya küçəsində tapılıb.
161.ru yazır ki, ilkin versiyaya görə, kapitan onu Bereqovaya küçəsinə gətirən taksi sürücüsünə Ukraynadakı müharibə ilə bağlı siyasi mövqeyini izah edib. Taksi sürücüsü onunla razılaşmayıb və nəticədə aralarında mübahisə yaranıb.
Hərbçi həbs edilib. Hadisənin başvermə şəraiti araşdırılır. Mərhum Azərbaycan əsilli olub, o, uzun illər əvvəl Rostov vilayətinə köçüb.