Azərbaycanda qazi İcra Hakimiyyətinin önündə ÖZÜNÜ YANDIRDI: Dəhşətli FOTO
    • 18-08-2022, 14:22
    • 2 591

Azərbaycanda qazi İcra Hakimiyyətinin önündə ÖZÜNÜ YANDIRDI: Dəhşətli FOTO

"Gənc Qazilər” İB-nin Samux rayon şöbəsinin sədri Abdullayev Təbriz özünü yandırıb.

News24.az-ın məlumatına görə, hadisə Samux rayon İcra Hakimiyyətinin qarşısında qeydə alınıb.

Yanıq xəsarətləri alan T.Abdulayev Gəncə şəhərində yerləşən  xəstəxanaların birinə  yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, T.Abdullayevin 44 günlük vətən müharibəsinin qazisi olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Foto “Gənc Qazilər” İB-nin sədri Hacı Vəliyevə məxsusdur.

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilir ki, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.