“Qarabağ”ın “Ferensvaroş”la oyununun vaxtı bilindi - FOTO
    • 28-07-2022, 10:44
    • 296

“Qarabağ”ın “Ferensvaroş”la oyununun vaxtı bilindi - FOTO

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la ilk oyununun vaxtı müəyyənləşib.

News24.az xəbər verir ki, Azərbaycan çempionu Macarıstan təmsilçisini avqustun 3-də qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Komandalar arasında Macarıstandakı səfər görüşü avqustun 9-da keçiriləcək.