Meşə yanğınları Moskvaya yaxınlaşır - VİDEO
    • 19-08-2022, 17:44
    • 460

Meşə yanğınları Moskvaya yaxınlaşır - VİDEO

Moskva vilayətində baş verən meşə yanğınları paytaxta doğru yaxınlaşmaqdadır.

News24.az "Axar.az"-a istinadən xəbər verir ki, Qorenski meşə təsərrüfatının yaxınlığındakı Aviatorlar mikrorayonunda baş verən yanğın yayılması təhlükəsi yaranıb.

Qeyd edək ki, avqustun 19-dan 22-dək Moskva vilayətində ən yüksək, beşinci dərəcəli yanğın təhlükəsi proqnozlaşdırılıb. Güclü istilərlə əlaqədar olaraq meşə səfərlərinə məhdudiyyət qoyulub, həmçinin nəqliyyat vasitələrinin oraya daxil olması qadağan edilib.