Dekan və kafedra müdiri axtarılır
    • 20-08-2022, 10:32
    • 347

Dekan və kafedra müdiri axtarılır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) bir sıra vəzifələr üçün vakansiyalar elan edib.

Bu barədə News24.az-a qurumdan məlumat verilib.

Məlumatda deyilir ki, ADDA-nın “Gəmi sürücülüyü” və “Gəmi mexanikası və elektromexanikası” fakültələrinə dekanlar, "Gəmi elektroavtomatikası” kafedrasına müdir axtarılır.

Dekan olmaq istəyən namizədlər kadr hazırlığı aparılan ixtisaslara uyğun elmi ad və dərəcəyə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına malik olmalıdırlar.

Kafedra müdiri olmaq istəyən namizədlərdən isə profilə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və dərəcə, ən azı 5 il elmi-pedaqoji təcrübə tələb olunur.

Sənədlər rektorun adına yazılmış ərizə ilə birgə ADDA-nın əsas binasına (Bakı şəhəri, akademik Zərifə Əliyeva küçəsi, 18) təqdim edilməlidir.

Namizədlər sentyabrın 18-nə qədər müraciət edə bilər.