"Qarabağ"ın kapitanı "Viktoriya" ilə cavab matçını da buraxacaq
    • 22-08-2022, 10:17
    • 351

"Qarabağ"ın kapitanı "Viktoriya" ilə cavab matçını da buraxacaq

"Qarabağ"ın kapitanı Maksim Medvedev Çexiyada "Viktoriya" (Plzen) klubuna qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu da buraxacaq.

News24.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bildirib.

50 yaşlı mütəxəssis təcrübəli müdafiəçinin fərdi hazırlığa yeni başladığını və hələ kollektiv çalışmalara qatılmadığını söyləyib.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Maksim Medvedev İsveçrədə "Sürix"lə 1:1 hesablı heç-heçə etdikləri II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Müdafiəçi bu səbəbdən, Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin matçlarını, həmçinin "Viktoriya" ilə ilk görüşü buraxıb. /Report/