Cəlilabadda ustanın ölümü ilə bağlı araşdırma aparılır
    • 22-08-2022, 10:19
    • 300

Cəlilabadda ustanın ölümü ilə bağlı araşdırma aparılır

Cəlilabadda ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma başlanıb.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, avqustun 21-i, saat 14 radələrində Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Elgün Ağayevin usta kimi işlədiyi çoxmənzilli yaşayış binasının zirzəmisində su xəttini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.