-
- 22-08-2022, 12:30
- 18 932
Azərbaycanda inanılmaz hadisə: 91 yaşlı qadını çarpayıya yıxıb...
Gədəbəydə 91 yaşlı qadına təcavüz edən və ona qarşı quldurluq edən şəxs həbs edilib.
News24.az-ın məlumatına görə, hadisə bu il yanvarın 27-də rayonun Daryurd kəndində baş verib. Həmin gün rayonun Cəfərli kəndində yaşayan 1999-cu il təvəllüdlü Tural Səlimov sərxoş vəziyyətdə qonşu Daryurd kəndinə gəlib. O, havanın qaranlıq olduğu vaxt tənha yaşayan və uzaq qohumu olan 1931-ci il təvəllüdlü Zeynəb Xəlilovanın (şərti ad-soyadlı) evinə soxulub. Fiziki zor tətbiq edən Tural qadını çarpayıya yıxaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, daha sonra Z.Xəlilovanın yatağın altında saxladığı 200 manat pulunu götürərək qaçıb.
Qadın qışqıraraq qonşuları çağırıb, daha sonra onun oğluna xəbər verilib. İlkin olaraq evdən pul götürüldüyünü və döyüldüyünü deyən qadın utandığı üçün zorlandığığını gizlədib. Lakin bir neçə gün sonra o, yaxınlarına Turalın onunla zorla cinsi əlaqədə olmasını da bildirib və yenidən Gədəbəy rayon polis şöbəsinə gedərək əlavə ərizə yazıb.
Ekspertiza qadının həqiqətən zorlanmasını təsdiq edib.
Tural Səlimov barəsində Cinayət Məcəlləsinin 150.1-ci (Seksual xarakterli zorakılıq əməlləri), 181.2.3 və 181.2.5-ci (Quldurluq) maddələri ilə iş açılıb.
Cinayət işinin materialları daha sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesin yekununda Turala 10 il 6 ay müddətinə həbs cəzası verilib.