Azərbaycanda evə basqın edən şəxs qadınla qarşılaşdı, öldürüb qaçmaq istədi
    • 13-05-2022, 13:25
    • 418

Azərbaycanda evə basqın edən şəxs qadınla qarşılaşdı, öldürüb qaçmaq istədi

Ötən ilin 14 iyun tarixində gecə saatlarında Gədəbəy rayonunun Qurudərə kəndində qonşuluqda tək yaşayan qadının evinə basqın edən və daha sonra həmin qadını öldürməyə çalışan şəxs məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın məlumatına görə, kənd sakini, 1979-cu il təvəllüdlü Fəzail Məmmədov Cinayət Məcəlləsinin 181.2.3 (quldurluq) və 29.120.2.11-ci (quldurluqla əlaqədar adam ölürməyə cəhd) maddələri ilə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin təfərrüatları da məlum olub. Belə ki, Fəzailin həmin gün gecə saat 23 radələrində qonşuluqda tək yaşayan qadının evinə basqın edərək pul ələ keçirmək istəyərkən həmin qadınla üzləşməsi məlum olub. Belə ki, evə kiminsə daxil olduğunu hiss edən qadın mənzilin işığını yandırıb və Fəzaili görüb. Fəzail ondna evdəki qızıl və pulları tələb edib. O, Fəzailə nə istəyirsə götürüb apara biləcəyini deyib. Yastığın altında olan 960 manat pulu götürən şəxs daha sonra qadını  onun üzünü görməsini düşünərək onu öldürmək qərarına gəlib. O, qadını yataq dəstinin üstünə yıxaraq boğub öldürməyə çalışıb. Bu zaman yaşlı qadın müqavimət göstərib və qonşuları köməyə çağırmağa çalışıb. Səsə onun qonşuluqda yaşayan qaynı və qaynı arvadı gəlib. Onların gəldiyini görən Fəzail pulu da götürərək qaçıb.
İbtidai istintaqda Fəzail Məmmədov törətdiyi əməli etiraf edib və üzr istəyib. Lakin məhkəmədə o, müstəntiqə verdiyi ifadəni təsdiq etməyib və həmin gün qonşuluqda yaşayan qadının razılığı ilə onun evinə daxil olub onunla görüşdüyünü bildirib. lakin məhkəmə onun bu fikirlərini özünümüdafiə cəhdi kimi qiymətləndirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərliniin sədrliyi ilə keçirilən prosesin yekununda Fəzailin 15 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə hökm edilib.