Bakıda mənzildən MEYİT TAPILDI
    • 22-08-2022, 16:53
    • 362

Bakıda mənzildən MEYİT TAPILDI

Yasamal rayonunda mənzildə meyit aşkar olunub.

News24.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.