Rusiya, İran və Azərbaycan arasında memorandum imzalandı
    • 22-08-2022, 17:32
    • 359

Rusiya, İran və Azərbaycan arasında memorandum imzalandı

Bakı, Moskva və Tehran avqustun 22-də tranzit daşımaların asanlaşdırılmasına dair memorandum imzalayıblar.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın İrandakı ticarət nümayəndəliyinin bəyanatında qeyd edilib. 

"Avqustun 22-də Tehranda Rusiya, İran və Azərbaycan arasında tranzit daşımaların asanlaşdırılmasına dair memorandum imzalanıb. Bu sənəd xarici iqtisadi fəaliyyət iştirakçıları üçün gömrük prosedurlarının sadələşdirilməsinə və sürətləndirilməsinə kömək etməlidir", - deyə  Rusiya Ticarət Nümayəndəliyinin "Telegram" kanalında dərc olunan bəyanatda deyilir.

Xatırladaq ki, “Şimal-Cənub” layihəsi çərçivəsində İrandan Rusiyaya yüklərin tranziti üçün əsas quru yolu Azərbaycan ərazisindən keçir.