FHN:
    • 23-08-2022, 11:30
    • 433

FHN: "Şəkidə yanğınla mübarizə davam edir"

Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğınla bağlı son durum açıqlanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, yanğın nəzarətə götürülüb:

“Hazırda yanğının söndürülməsi əməliyyatları davam edir”.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.