Dəmiryol relsində 10 saata başa gələn klip - VİDEO
    • 23-08-2022, 17:44
    • 492

Dəmiryol relsində 10 saata başa gələn klip - VİDEO

Müğənni Xatirə İslam "Söz tapmıram" adlı yeni mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.

News24.az xəbər verir ki, bəstənin müəllifi Sheyh Ree, klipin rejissoru isə Hafis Ulubayovdur.

Xatirə bildirib ki, klipin ideya müəllifi özüdür: "İdeya müəllifi özüməm. Mahnını 6 ay əvvəl yazdırmışam. Düşündüm ki, artıq təqdim etməyin vaxtıdır".

Çəkilişlər dəmiryol relsində 10 saat ərzində lentə alınıb. Xatirə yeni görünüşündə çəkdirdiyi klipi YouTube kanalında yerləşdirib.