-
- 23-08-2022, 21:17
- 311
"Özlərini elə aparırlar ki, guya Azərbaycan Ermənistanın torpaqlarını zəbt edib" - Çavuşoğlu - VİDEO
"Zəfərdən iki il ötməsinə baxmayaraq Azərbaycan ərazilərində hələ də erməni qanunsuz silahlıları var. Azərbaycanın Laçına paralel yol çəkib. Sülhməramlılar da oraya köçürüləcəklər. Ermənistanla normallaşma istiqamətində səmimiyyətimizi hər kəs görür. Bunları Ermənistan da görsün, bilsin və unutmasın. Bizim Azərbaycandan ayrı məqsədimiz yoxdur”.
News24.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində deyib.
Nazir ermənilərin qanunsuz məskunlaşdıqları Azərbaycan ərazilərini tərk edərkən yenə də hər şeyi yandırıb və dağıdıqlarını vuğulayıb. Mövlud Çavuşoğlu bunun yolverilməz olduğunu qeyd edib.
"Xüsusi nümayəndələrimiz dörd dəfə görüşüblər. Onların missiyası Türkiyə ilə Ermənistan arasında əlaqələri mərhələli şəkildə qurmaqdır. Azərbaycanın Zəfərindən sonra biz Cənubi Qafqazda davamlı sülhün təsis edilməsi üçün addımlar atırıq. Aviasiya reyslərinin başlaması və s. ilə mühüm addımlar atılıb" deyə M.Çavuşoğlu deyib.
Nazir Ermənistanla münasibətlərin normalaşması üçün ticarət sahəsində də bəzi addımların atıldığını diqqətə çatdırıb: “Bizim həyata keçirdiyimiz bu prosesi Azərbaycan ilə Ermənistan arasındakı prosesdən ayrı düşünmək düzgün yanaşma deyil. Cənubi Qafqazda davamlı sülh, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq hərtərəfli və davamlı sülh anlaşması ilə gerçəkləşə bilər.Azərbaycan təklif etdi, Ermənistan cavab vermədi. Birgə sərhəd komissiyası yaradıldı. Bu işləri görmək lazımdır, Zəngəzur dəhlizi də var. Bunları deyəndə Ermənistan narahat olur. Deyirlər ki, siz həqiqətən sülh istəyirsiniz, yoxsa yox? İşğal etdiyin torpaq idi. Onlar özlərini elə aparırlar ki, guya Azərbaycan Ermənistanın torpaqlarını zəbt edib”.