İsveç çoxarvadlılığa qarşı - "Bizim kişilər şərqdən nümunə götürsə.."
    • 19-07-2018, 18:14
    • 786

İsveç çoxarvadlılığa qarşı - "Bizim kişilər şərqdən nümunə götürsə.."

İsveç hökuməti ölkəyə miqrant axını sayəsində yaranmış çoxarvadlılıq tendensiyasından narahat olmağa başlayıb.

Bu barədə news24.az TASS agentliyinə istinadən məlumat verir.

"Çoxarvadlılıq və çoxnikahlılıq İsveçdə qəbul olunmaycaq, biz qanundakı boşluğu doldurmalıyıq. Çoxarvadlılıq gender bərabərliyinə ziddir.
 
"Bu ciddi iqtisadi və emosional problemlərə səbəb ola bilər. Üstəlik İsveç kişiləri miqrantlardan nümunə götürsələr, bu xoş olmayan nəticələrə gətirib çıxaracaq",- deyə İsveçin baş naziri bildirib.

İlhamə