Gəncədə dəhşətli hadisə:  Gənc qadın özünü binadan atdı
    • 24-08-2022, 16:40
    • 405

Gəncədə dəhşətli hadisə: Gənc qadın özünü binadan atdı

Gəncədə intihar hadisəsi qeydə alınıb. 

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsi, bina 40 B ünvanında – ATS-in yaxınlığında baş verib. 30-35 yaşlı qadın özünü doqquzmərtəbəli binanın 8-ci mərtəbəsindən ataraq həyatına son qoyub.

Bildirilir ki, hadisə səhər saat 05 radələrində baş verib. Qadın əvvəlcə kirayə yaşadığı mənzilin açarını, daha sonra isə özünü atıb və yerindəcə dünyasını dəyişib. 

Onun bədənində xəsarət izlərinin olduğu, daha əvvəl döyüldüyü iddia edilib. 

Faktla bağlı araşdırma aparılır.