Bu gündən Laçın TAM AZAD EDİLİR – Polkovnik AÇIQLADI
    • 25-08-2022, 11:38
    • 1 799

Bu gündən Laçın TAM AZAD EDİLİR – Polkovnik AÇIQLADI

Üçtərəfli bəyanatın şərtlərinə görə, Rusiya sülhməramlı qüvvələri 5 illik müddətə Qarabağa yerləşdirilib. Bu ərazilərdən biri də Laçın rayonu olub. Biz indiyə qədər Laçın dəhlizinə tam nəzarət edə bilmirdik. Dövlət başçısı İlham Əliyevin qəbul etdiyi qərara əsasən, Laçın dəhlizi başqa yerə köçürüldü. 

Bunu News24.az-a açıqlamasında polkovnik Şair Ramaldanov deyib.


O, Laçında gedən proseslərlə bağlı yayılan fikirlərə aydınlıq gətirib: “Müharibədən artıq 2 il ötüb. Bu müddətdə Azərbaycan yeni dəhlizi hazırladı. Rusiya sülhməramlıları öz xidmətlərini yeni ərazidə aparıb, gediş-gəlişi təmin edirlər. Əvvəlki “Laçın dəhlizi” deyilən ərazini ordumuz tam azad edib. Orada Azərbaycan qanunları tam şəkildə çalışır. Təbii ki, köhnə postda olan maneələr dağıdılıb. Laçın ən strateji rayonumuzdur. Yol infratsrukturu, logistik imkanları, coğrafi mövqeyi və iqtisadi imkanları çox əlverişlidir. Bundan əlavə, Laçın rayonu o qədər də dağıntıya məruz qalmayıb. Artıq bu gündən – 25 avqustdan sonra Laçın rayonunun tam azad edildiyini deyə bilərik. Bütün laçınlıları təbrik edirəm.

Üçtərəfli mütəmadi danışıqlar gedir. Əsas məsələ qanunsuz erməni silahlılarının tərksilah edilməsidir. Zənnimcə, bu mövzu danışıqlar predmetidir. Danışıqlarda Zəngəzur dəhlizi də müzakirə mövzusudur. Artıq bu məsələ də praktiki həllini tapmalıdır. İlham Əliyevin müdrik siyasəti nəticəsində bu danışıqların müsbət nəticə verəcəyinə heç bir şübhəm yoxdur”.