-
- 25-08-2022, 15:51
- 347
Anasının namusuna sataşan qayınatasının qanını tökdü – Bakıda şok hadisə
Bu il aprelin 8-də Bakı şəhər Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən binalardan birinin qarşısında yaşlı kişini bıçaqlayan 1982-ci il təvəllüdlü Z.S məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Z.S Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib. Məhkəmə prosesi avqustun 17-də başa çatıb və xeyli maraqlı faktlar üzə çıxıb.
Məhkəmə prosesində məlum olub ki, Z.S-in atası və əmisi 1992-ci ildə Birinci Qarabağ Müharibəsi vaxtı Tərtər rayonunda eyni gündə şəhid olublar. 2004-cü ildə Z.S öz rayonundan olan K.M-in qızı ilə ailə həyatı qurub. Onların izdivacı uğurlu alınıb və 2 övladları dünyaya gəlib. 10 il əvvəl isə Z.S anası, həyat yoldaşı və övladları ilə birgə Bakıya köçüb. Bir müddət sonra isə onun həyat yoldaşı gözəllik salonunda işləməyə başlayıb. Bu ilin əvvəlində ailədə münasibətlər kəskinləşib və Z.S-nin həyat yoldaşı ondan ayrılmaq qərarına gəlib. Gəlinin atası Bakıda ayrı ev tutaraq qızı ilə nəvələrini həmin evə köçürüb. Z.S dayısı və anasıilə birgə bir neçə dəfə barışığa cəhd etsə də, qarşı tərəf buna razı olmayıb.
Bu il aprelin 4-də Z.S-nin anası, yəni şəhidin həyat yoldaşı oğluna qudası ilə bağlı sirr açıb. O, bildirib ki, gəlininin atası - K.M 5 il əvvəl Tərtərdə olarkən onun namusuna toxunub, dəfələrlə ona qarşı əxlaqsız hərəkətlər edib, təklikdə qaldıqda onun bədəninin müxtəlif yerlərinə toxunub.
Z.S anasının uzun müddət ondan gizlətməyə məcbur qaldığı məsələni öyrəndikdən sonra bu haqda xalası oğlu və dayısı ilə danışıb. Aprelin 8-də o, qayınatası K.M-yə zəng edərək görüşmək istədiyini deyib və dayısı ilə birgə onun yaşadığı Xətai rayonu İnqilab İsmayılov küçəsindəki binanın qarşısına gedib. Saat 23 radələrində K.M onun dayısı ilə mübahisə edərkən Z.S qəfil hücum edərək qayınatasını bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaşlı kişinin həyatı xilas edilib.
Bir neçə gün əvvəl başa çatan məhkəmə prosesində hakimlər kollegiyası Z.S-in görmə qabiliyyətinin zəif olmasını, şəhid oğlu olmasını, ilk dəfə cinayət törətməsini və sair nəzərə alaraq ona 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib və 40 yaşlı şəxs azadlıqda qalıb.