Sinif yoldaşını qıza görə bıçaqladı – TƏFƏRRÜAT
    • 2-03-2022, 17:39
    • 1 598

Sinif yoldaşını qıza görə bıçaqladı – TƏFƏRRÜAT

Gəncə şəhərində iki qardaşı bıçaqlayan şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın Məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən ilin iyul ayında 1992-ci il təvəllüdlü Abbasov Xaləddin və onun qardaşı, 1990-cı il təvəllüdlü Abbasov Niyazi bıçaqlayan 1992-ci il təvəllüdlü Ruslan Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesinin yekununda hökm oxunub.

Hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesin yükununda R.Məmmədzadə 2 il müddətinə şərti cəzaya məhkum edilib.

Məhkəmədə məlum olub ki, bıçaqlanan şəslərdən Niyazi Abbasov Ruslanın bibisi qızını sevib və onların məhəlləsinə gedib. Məhəllədə olarkən Ruslanın qohumları Niyaziyə irad bildirərək bura gəlməmələrini bildiriblər. Bundan sonra tərəflər arasında münaqişə yaranıb. Münaqişəyə Niyazibnin qardaşı, həmçinin Ruslanın sinif yoldaşı olmuş Xaləddin də müdaxilə edib. Dava-dalaş zamanı Ruslan sinif yoldaşına və onun qardaşına bıçaqla xəsarətlər yetirib.

Məhkəmədə bıçaqlanan Xaləddin Abbasov Ruslanla barışdığını, ona qarşı şikayətçi olmadığını deyib.