-
- 6-05-2022, 18:29
- 438
Oğlan həyətə baxan qonşunun BAŞINA DAŞ ÇIRPDI
Azərbaycanda gənc oğlan həyətə baxan qonşunun başına daş çırpdı - TƏFƏRRÜAT
Ötən ilin 11 noyabrındı Tovuzun Köhnəqala kəndində qonşusunun başına daş çırparaq ona ağır xəsarətlər yetirmiş 1998-ci il təvəllüdlü Qasım Musazadə məhkəmə qarşısına çıxarılıb.
News24.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 24 yaşlı oğlan Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.
Məlum olub ki, hadisədən əvvəl Qasım həyat yoldaşı, qayınanası, qaynı və baldızları ilə birlikdə qayınatasına məxsus xurma bağında meyvə toplayıb.
Daha sonra onlar həyətə qayıdıblar və bu zaman Qasım qonşuluqda yaşayan Pərviz adlı şəxsin açıq qalmış qapıdan onun ailə üzvü olan xanımlara baxdığını görüb.
Bu zaman gənc oğlan küçəyə çıxaraq Pərvizə irad bildirib və nə üçün onun ailəsindəki qadınlara boylanıb baxdığını soruşub. Əvvəlcə həyətə baxmadığını deyən Pərviz daha sonra “göz yaranıb baxmağa” deyərək cavab qaytarıb və dava düşüb.
Dava-dalaş zamanı Pərviz qardaşı Aqili çağırıb və onlar Qasımı vurublar.
Əsəblərinə hakim olan bilməyən gənc oğlan bu zaman yerdə təxminən 20 santimetr ölçülü daşı götürərək Aqilin başına çırpıb. Başının ön hissəsindən ağır xəsarət alan Aqil yerə yıxılıb və huşu itib. O, xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi aprelin 28-də başa çatıb.
Məhkəmə Qasım Musazadəyə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəası verib və o, məhkəmə zalındaca həbs edilib.