Prezidentdən Fəzail Ağamalı ilə bağlı - SƏRƏNCAM
    • 25-08-2022, 17:56
    • 402

Prezidentdən Fəzail Ağamalı ilə bağlı - SƏRƏNCAM

Prezident İlham Əliyev millət vəkili Fəzail Ağamalı haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fəzail Rəhim oğlu Ağamalı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah deputat Fəzail Ağamalının 75 yaşı tamam olacaq.