“Zerkalnı Əliyar” yenidən qaydaları pozdu – FOTO
    • 26-08-2022, 16:35
    • 465

“Zerkalnı Əliyar” yenidən qaydaları pozdu – FOTO

Tez-tez yol hərəkəti qaydalarını pozduğuna görə gündəmə gələn və “Zerkalnı Əliyar” adı ilə məşhurlaşan 77 yaşlı sürücü yenidən qaydaları pozub.

News24.az xəbər verir ki, sosial şəbəkələrdə onun qayda pozmasını əks etdirən yeni görüntülər yayılıb.

Bildirilib ki, 77 yaşlı Əliyar Dadaşov bu dəfə idarə etdiyi 10 MM 100 markalı “Toyota Land Cruiser Prado” markalı avtomobillə Binəqədi rayonu 8-ci  mikrorayon ərazisində qaydaları pozub. O, avtomobili piyada keçidinin üstündə park edib.

Fotonu paylaşan şəxs 77 yaşlı sürücünün maşında yatdığını da əlavə edib.