Ukrayna üçün ölüm hökmü -
    • 27-08-2022, 12:09
    • 381

Ukrayna üçün ölüm hökmü - "Buna getməyəcəyik"

Rusiya ilə danışıqlar Ukrayna üçün “ölüm hökmü”dür.

News24.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak The Hill-ə müsahibəsində deyib.

"Prezident Zelenski açıq şəkildə danışıqların əleyhinədir və Ukrayna cəmiyyəti qətiyyətlidir, çünki biz riskləri tam dərk edirik", - Podolyak deyib.

Onun sözlərinə görə, Rusiyan istənilən pauzadan istifadə edərək, öz qüvvələrini bərpa edib daha geniş hücuma keçmək istəyir.