Ronaldo 275 milyonluq təklifi rədd etdi
    • 15-07-2022, 15:55
    • 391

Ronaldo 275 milyonluq təklifi rədd etdi

Ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından gələn böyük təklifi rədd edib. 

News24.az xəbər verir ki, ərəb klublarından biri iki illik müqavilə üçün portuqaliyalı hücumçuya 275 milyon avro təklif edib. Səudiyyə təmsilçisi Ronaldonun hazırki komandası "Mançester Yunayted"ə isə transfer üçün 30 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Amma 37 yaşlı ulduz karyerasını Avropada davam etdirmək və Çempionlar Liqasında çıxış etmək istədiyi üçün təklifdən imtina edib.

Qeyd edək ki, "Mançeser Yunayted" gələn mövsüm ÇL-də olmayacağı üçün K.Ronaldo klubdan ayrılmaq istəyir. O, ötən ilin yayında "Yuventus"dan İngiltərə klubuna transfer olunmuşdu. /Qafqazinfo/