Bağdadda toqquşma: 2 ölü, 19 yaralı
    • 29-08-2022, 20:28
    • 297

Bağdadda toqquşma: 2 ölü, 19 yaralı

İraqın paytaxtı Bağdadda dini lider Müqtəda-əs-Sədrin tərəfdarları etiraz keçiriblər.

News24.az xəbər verir ki, aksiyaçıların bir qismi Prezident Sarayına daxil olublar. Təhlükəsizlik qüvvələri onları oradan çıxararkən,  2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Həlak olanlar Müqtəda əs-Sədrin tərəfdarlarıdır. Onlar təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı həyatlarını itiriblər.