Müəllimlərin sertifikatlaşdırılması imtahanında davamiyyət 95 faizdən yüksəkdir
    • 30-08-2022, 11:28
    • 281

Müəllimlərin sertifikatlaşdırılması imtahanında davamiyyət 95 faizdən yüksəkdir

Təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsinin ilk başlanğıcında davamiyyət 95 faizdən yüksəkdir.

News24.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün keçirilən imtahanın ilk mərhələsində 2500-dən çox şəxs iştirak edir.

Qeyd edək ki, 30 avqust- 1 sentyabr tarixlərdə keçirilən imtahanların ilkin mərhələsində Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edir.

Test imtahanı mərhələsində 60 sual namizədlərə təqdim olunacaq. Hər bir düz cavab bir bal kimi müəyyən ediləcək. Cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunacaq. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq.