-
- 30-08-2022, 17:08
- 333
Abşeron Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi fəaliyyətə başladı
TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi fəaliyyətə başlayıb.
News24.az xəbər verir ki, müasir hemodializ aparatları ilə təmin olunan şöbədə artıq Abşeron rayonu üzrə qeydiyyatda olan dializ xəstələrinə xidmət göstərilir.
Qeyd edək ki, hemodializ xroniki və kəskin böyrək çatışmazlığı olan xəstələrdə böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan zərərli maddələrin və mayenin xaric edilməsi üsuludur.
Hemodializ böyrək köçürülməsi planlanan xəstələrdə əməliyyata qədər alternativ çıxış yoludur.
Bu üsul funksiyaların davamlı, geridönməz və proqressivləşən pozulmaları zamanı aparılır.
Böyrəklərin xroniki xəstəlikləri irsi xəstəliklər, şəkərli diabet, hipertoniya, uroloji patologiyalar, maddələr mübadiləsinin pozulmaları və transplantantın uyğunsuzluğundan sonra baş verir. Vaxtında və düzgün icra olunan prosedur xəstələrin həyat keyfiyyətini yaxşılaşdıraraq ölüm faizini azaltmış olur.