Sadəcə özünü, işini və musiqisini sevən məşhur müğənni
    • 29-12-2018, 13:58
    • 837

Sadəcə özünü, işini və musiqisini sevən məşhur müğənni

"Kehanet" albomu ilə hazırda musiqi karyerasını yüksək şəkildə davam etdirən türk müğənnisi Buray maraqlı açıqlamalar verib.

Müğənni ona davamlı hədiyyələr göndərən kimliyini bilmədiyi fanatından söz açıb. Bildirib ki, sözügedən fanat ona tez-tez çiçəklər və bahalı hədiyyələr yollayır. Lakin özünü biruzə vermir. İnstagram hesabından fanatlarının onunla dərdlərini böldüklərini bildirən müğənni vaxtı olduqca onlara cavab yazdığını, dərdlərinə şərik olduğunu deyib.

Buray bəzi həmkarlarının musiqidən aktyorluğa yönləndiklərinə də münasibət bildirib:

"Bunu normal qarşılayıram. Amma mənim üçün musiqi daha üstündür. Mən də təkliflər alıram. Fəqət, bu işin təhsilini almağın vacib olduğunu düşünürəm. Ancaq hobbi olaraq özümü oynamaq mənə daha xoş gəlir. Məsələn, bir kıbrıslı rolu təklifi gələrsə, məmnuniyyətlə qəbul edərəm".

Sevgi mövzusuna gəlincə, müğənni hazırda ürəyinin boş olduğunu, kimsəni deyil, sadəcə özünü, işini və musiqisini sevdiyini bildirib.

News24.Az