DSX-nin ehtiyatda olan mayoru vəfat etdi
    • 31-08-2022, 16:24
    • 274

DSX-nin ehtiyatda olan mayoru vəfat etdi

Füzuli rayon Əbdürrəhmanlı kəndindən olan 1-ci Qarabağ müharibəsinin iştirakçısı, Əfqanıstan müharibəsinin iştirakçısı,1994-cü il Horadiz əməliyyatının iştirakçısı, qazi, Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan mayoru Həsənov Atəş Balay oğlu vəfat edib.

News24.az-ın məlumatına görə, o, bir neçə gün əvvəl dünyasını dəyişib və Horadiz şəhər qəbiristanlığında dəfn olunub.

60 yaşlı zabitin xəstəlikdən vəfat etdiyi bildirilib.