Bakıda bu marşrutların hərəkət sxemi dəyişdiriləcək
    • 31-08-2022, 18:22
    • 268

Bakıda bu marşrutların hərəkət sxemi dəyişdiriləcək

1 sentyabr saat 00:00-dan 22:00-dək Tbilisi prospektinin Abbasqulu Ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

News24.az xəbər verir ki, bu haqda BNA məlumat yayıb.

Bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 5 müntəzəm marşrutun (2, 37, 52, 65 və 79 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (İnşaatçılar pr., Ə.Haqverdiyev küç., Ş.Mehdiyev küç., A.Bakıxanov küç.) təşkil ediləcək.