-
- 1-09-2022, 12:40
- 416
Bakı Şəhər Baş Polis İdarəsində uşaqlarla bağlı qarşıda duran vəzifələr müzakirə edilib
Bakı Şəhər Baş Polis İdarəsində (BPİ) “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı dövlət və qeyri-hökumət təşkilatları ilə görüş keçirilib.
İdarədən News24.az-a bildirilib ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Bakı Şəhəri İcra Hakimiyyətinin və qeyri-hökumət nümayəndələri və yerli polis orqanlarının yetkinlik yaşına çatmayanlarla iş üzrə əməkdaşları iştirak ediblər.
Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Elnur Kərimov yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə işin təkmilləşdirilməsi, polislə qarşılıqlı əlaqələrin daha səmərəli qurulmasının vacibliyini şərh edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirə aparılıb, fikirlər dinlənilib.
Bu istiqamətdə polis orqanlarında tədbirlər davam etdirilir.