-
- 5-09-2022, 13:09
- 750
İmkanlı şəxslərdən yüzminlərlə pul alıb "Topaz"a qoydu – Bakıda şok hadisə
Bakıda iş görmək adı ilə bir neçə vətəndaşdan külli miqdarda pul alıb "Topaz"da uduzan şəxs həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1983-cü il təvəllüdlü Orxan Xeyirxəbərliyə 6 il 6 ay müddətinə həbs cəzası verilib.
Prokuror ona 7 il 6 ay müddətinə azadlıqdan mərhumetmə cəzası tələb etmişdi.
Araşdırmalar zamanı məlum olub ki, Orxan Xeyirxəbərli daha əvvəl səfirlikdə və Daxili İşlər Nazirliyində çalışıb. Bundan sonra O, "DNS Computers", “Collezione İtaly” şirkətlərində çalışıb. Onun son iş yeri isə “Zəfəroğlu” tikinti-dizayn şirkəti olub.
O, bu şirkətdə satış meneceri kimi işlədiyi vaxt Mərdəkanda bağ evini təmir etdirən şəxsdən 25 min manat, Nəsimi rayonunda mənzilini təmir etdirən şəxsdən isə 52 min manat alaraq şirkətin kassasına ödəməyib və dələduzluq edərək vəsaiti ələ keçirib. Bundan başqa Orxan Dağıstandan Azərbaycana antik əşya keçirmək istəyən şəxsə də kömək etmək adı ilə 3065 manat pul "atıb".
O, məhkəmədə bildirib ki, əl keçirdiyi pulların böyük hissəsini Topaz-da mərc oyunlarına qoyub. Təkcə Türkiyə-Uels oyununa 20 min manat qoyduğunu deyən Orxan həmin oyunun nəticəsinə görə bütün pulları uduzduğunu qeyd edib.
Qeyd edək ki, O.Xeyirxəbərliyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.