-
- 10-02-2022, 12:01
- 604
İşlədiyi şirkətdən külli miqdarda pul götürdü, bütün vəsaiti TOPAZ-DA UDUZDU
Sumqaytda işlədiyi mağazaya məxsus külli miqdarda pul vəsaitini mənimsəmiş 1983-cü il təvəllüdlü Seymur Babayev barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az xəbər verir ki, Abşeron rayon Məhkəməsində keçirilən prosesdə Seymurun Sumqayıtda yerləşən “Optimal Elektroniks” mağazasının kassasından külli miqdarda pulu özbaşına götürməsi, həmçinin inzibatçı işlədiyi digər mağazadan 800 qutu siqareti götürərək heç kimə demədən başqa şəxsə satması qeyd edilib. Onun çalışdığı iş yerinə ümumilikdə 35 min manata yaxın izyan vurduğu bildirilib.
Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə) maddəsi ilə təqsirləndirilən şəxs götürdüyü bütün vəsaiti Topaz və digər mərc platformalarına
qoyduğunu bildirib. Hər dəfə pul götürərək mərc oyunlarına qoyub daha əvvəl götürdüyü pulları geri qaytarmaq istədiyini deyən şəxs nəticədə uduzduğu üçün vəsaiti yerinə qaytara bilmədiyini deyib.
Evli, ali təhsilli olan şəxs törətdiyi əməldən peşman olduğunu bildirib.
Məhkəmə təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzasını ümumi rejimli müəssisədə çəkməsinə hökm edib. Həmçinin “Optimal Elektroniks” in mülki iddiası təmin edilib və S.Babayevə məxsus evin üzərinə qoyulmuş həbs qərarı saxlanılıb.