“Ermənistan ikili oynayır, Azərbaycanla sülh sazişi BAĞLAMAYACAQ” – Tofiq Zülfüqarov
    • 6-09-2022, 15:35
    • 741

“Ermənistan ikili oynayır, Azərbaycanla sülh sazişi BAĞLAMAYACAQ” – Tofiq Zülfüqarov

“Zənnimcə, sülh sazişi bağlanmayacaq. Açıq müdaxilə elementləri aradan götürülsə, bəlkə də hansısa irəliləyiş ola bilər. Ancaq Ermənistan ictimaiyyətdə belə bir rəy formalaşdırmaq istəyir ki, guya Qarabağda baş verən hadisələrin kənarındadır”.

Bunu News24.az-a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

 O bildirib ki, Ermənistan Qarabağı müstəqil siyasətini həyata keçirən qondarma dövlət kimi təqdim etmək istəyir: “Bu baxımdan Ermənistanın Brüsseldə və digər yerlərdəki sülh danışıqları real istəkdən irəli gəlmir. Bu, taktiki gedişdir. Qarabağda yaşayan ermənilər Rusiyanın və Qərbin dəstəyi ilə çalışacaqlar, elə bir mənzərə yaratsınlar ki, guya Azərbaycan onlarla danışıqlar aparmalıdır. Dolayı yolla bizi məcbur etmək istəyirlər ki, status məsələsini Qarabağdakı ermənilərlə müzakirə edək. İlkin mərhələdə Ermənistan hakimiyyətinin Qarabağda imitasiya edib, guya məsələlərə qarışmadığını göstərmək cəhdləri bizə sərf edəcək. Növbəti mərhələdə isə öz maraqlarımıza uyğun olaraq taktiki addımlar atacağıq”.