-
- 6-09-2022, 12:50
- 620
“Ermənistan Azərbaycanı dayandırmaq üçün yenə RUSİYAYA YALVARIR” – ŞƏRH
“Görünən odur ki, Ermənistan kartların hamısını əllərində saxlayıb. Çünki onları idarə edirlər. Dünən Ermənistanın bir naziri Moskvaya digəri isə Vaşinqtona hesabat verməyə getdi. Ermənistanın daxilində fikir ixtilafı var”.
Bunu News24.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu ermənilərin sülh danışıqlarından sonra atəşkəsi pozması ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, Ermənistan sülh danışıqlarında səmimi mövqe nümayiş etdirmir: “Biz bilmirik ki, atəşkəsi pozanlar Paşinyanın əmrini yerinə yetirir, yoxsa hansısa radikal müxalifətə bağlı olan ordu generalının?! Paşinyan sülh sazişinin imzalanmasında maraqlı olduğunu deyir. Parlamentdə çıxışında da demişdi ki, Qarabağla bağlı gözləntiləri azaltmaq lazımdır. Bütün bu detalları nəzərə alanda atəşkəsin pozulması bizdə suallar yaradır. İstənilən halda Azərbaycana Ermənistanın Baş nazirinin fikirləri maraqlı olmalıdır. Biz ondan hesabat istəməliyik. Təbii ki, təxribatlar çoxaldığı təqdirdə sülh sazişinin imzalanması ləngiyəcək, vəziyyət isə gərginləşəcək”.
Politoloq əlavə edib ki, Ermənistan yardım əli axtarır: “Sentyabrın 5-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yenə Moskvaya yola düşdü. Bu yalvarışlar təbii ki, Qarabağla bağlıdır. 44 günlük Vətən müharibəsindən sonra bizim üçün başqa bir dövlət və ya təşkilatla Qarabağ məsələsini müzakirə etmək mövzusu qapanıb. Ancaq Ermənistan tərəfi bu israrlarını davam etdrir. Bu isə bölgədə sülhə ən böyük əngəldir. Ermənistan hələ də ümidlidir ki, Rusiya Azərbaycanı dayandıracaq. Halbuki “Qisas” cavab əməliyyatında Rusiya bizi dayandıra bilmədi. Rusiyanın mövqeyini anlamaq da çətindir. Bir tərəfdən əməliyyatda bizə maneə törətmir, digər tərəfdən isə seperatçıları tərksilah etmir və narahatlığımıza səbəb olur. Moskvaya da tam etibar etmək olmur, ikili oynayır. Ermənistan düşünür ki, Rusiya öz nökərinə dəstək verəcək. Ancaq Rusiya da Türkiyə amili ilə hesablaşır. Rusiya Türkiyənin Azərbaycanın strateji müttəfiqi olduğunu göz önündə saxlayır. Biz Qarabağ savaşında qələbə qazandıq, ancaq bəzi məsələlər var ki, həllini tapmalıdır. Bəzi əraziləri azad etməliyik, Xankəndində qanunlarımız işləməlidir, seperatçılar tam tərksilah olmalıdır. Bizim üçün də proses asan olmayacaq”.