-
- 7-09-2022, 11:34
- 250
"Rayonlar üzrə zəif məktəblərlə iş bizim üçün əsasdır"
"Təhsildə keyfiyyətə təsir edən amillər çoxdur. Tədris dili və riyaziyyatı ölçmək üçün ilk dəfə ölkə üzrə ibtidai təhsilin monitorinqi həyata keçirildi. Nəticənin uğurlu olduğunu deyə bilərik".
News24.az-ın məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin Sentyabr Konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, 0-6 aralığında olan uşaqlarla işləmək təhsil idarəsi üçün prioritet məsələdir: "Rayonlar üzrə zəif məktəblərlə iş də bizim üçün əsasdır. 9-cu siniflərdə ana dilində tədris yaxşı olsa da, riyaziyyatda zəif nəticələri gördük. Bununla belə biz ölkə üzrə 6-cı yerdən 5-ci yerə qalxmışıq. İl ərzində 9-cu siniflərin nəticələrini yaxşılaşdırmaq üçün müəyyən işlər görmüşük. 8-ci siniflərdə də eyni tendensiyanı davam etdiririk. Ötən tədris ilində əsas məqsədlərimizdən biri 0-30 bal aralığında nəticələr yığan uşaqlarla iş idi. Düşünürəm ki, məqsədimizə çatıb, nəticəni yaxşılaşdıra bildik".