Mehriban Vəliyeva: "2022-ci il təhsil islahatları ilə yadda qalacaq"
    • 7-09-2022, 11:29
    • 236

Mehriban Vəliyeva: "2022-ci il təhsil islahatları ilə yadda qalacaq"

"2021-2022-ci il tədris işçiləri üçün nə qədər çətin adaptasiya dövrü olsa da, 2022-ci il bir o qədər təhsil islahatları ilə yadda qalacaq. Təhsildə baş verən son proseslər yeni bir mərhələnin başlandığını deməyə əsas verir".

News24.az-ın məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin Sentyabr Konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. 

O bildirib ki, Bakı Şəhəri Təhsil idarəsi 4 prinsipi əsas götürüb: əlçatanlıq, bərabərlik, keyfiyyət, səmərilik.