Bakıda hansı rayonların buraxılış imtahanlarında zəif nəticə göstərdiyi açıqlanıb
    • 7-09-2022, 11:40
    • 217

Bakıda hansı rayonların buraxılış imtahanlarında zəif nəticə göstərdiyi açıqlanıb

"IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dildə geriləmə müşahidə olunub".

News24.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, 4 rayonda məktəblərin nəticələri aşağı olub: "Buraya Sabunçu, Qaradağ, Xəzər və Pirallahı aiddir. Yeni tədris ilində əsas diqqətləri məhz həmin məktəblərə yönəldəcəyik".