-
- 7-09-2022, 14:32
- 423
"Sentyabrın ilk günlərinin havası ANORMALDIR" - Ekspert AÇIQLADI
"Sentyabrın ilk günlərində havanın orta aylıq temperaturunun iqlim normasından aşağı olması anomal vəziyyətdir".
Bunu News24.az-a açıqlamasında Cavidan Əliyev deyib.
O bildirib ki, əvvəlki illərdə havaların soyuması bir qədər gec müşahidə olunurdu: "Əvvəlki illərdə havalar nisbətən gec ,adətən, sentyabrın ortaları və sonuna doğru soyuyurdu. Hazırda havanın temperaturu 2-4 dərəcə aşağı enib. Müasir iqlim dəyişmələri səbəbindən baş verən soyuqlar əslində qlobal istiləşmədən xəbər verir və nəticədə hava şəraitində pozulmalar müşahidə olunur. Müasir iqlim dəyişikliklərində isə fəslinə xas olmayan havalar xarakterik haldır".
Cavidan Əliyev soyuq havaların erkən gəlməsinin səbəbini də açıqlayıb: "Skandinaviya antisiklonu gücləndi. Şimal-Qərbdən cənuba doğru-Qara dənizə arktik hava kütlələri daxil oldu. Qara dənizdə siklonik fəaliyyət əmələ gəldi və bu kütlələr Azərbaycana doğru hərəkət edərək havanın bu şəkildə anidən dəyişməsinə səbəb oldu".
Qumral Əliyeva